08 avqust 2020, 14:10

Zeynəb Abbasovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünyada tüğyan edən pandemiya dövründə Sizin yorulmadan, əzmkarlıqla xalqa xidmət etməyinizi hamımız yüksək qiymətləndiririk. Bu səbəbdən Sizə minnətdarlıq bildirməyi özümə borc bildim. Xalqımızı bu bəladan qorumaq üçün tikdirdiyiniz səhiyyə müəssisələri bunun bariz nümunəsi və Sizin qayğınızın təcəssümüdür.

Biz hər zaman Sizin yanınızdayıq, bütün qərarlarınızı dəstəkləyirik və bir ana kimi dualarım Sizinlədir.

Hörmətlə,

Abbasova Zeynəb Hüseyn qızı

Azərbaycan Respublikası, Gəncə şəhəri.