07 avqust 2020, 13:45

Vüsal Qədirovdan, Qəbələ, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin həyata keçirdiyiniz daxili və xarici siyasət nəticəsində ölkəmiz gündən-günə inkişaf edir. Bu gün ölkəmizin hər yerində sosial-iqtisadi inkişaf nəticəsində bölgələrimizin siması tamamilə dəyişib, yeni infrastruktur yaradılır, iş yerləri açılır, yollar çəkilir, kəndlər qazlaşdırılır. Çox sevindirici haldır ki, Qəbələ rayonunda da sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq yeni yollar çəkilir, körpülər tikilir. Vəndam-Əmirvan yolu da çox böyük əhəmiyyətə malikdir. Vəndam qəsəbəsinin sakinləri olaraq bizim üçün də bu yol çox önəmlidir. Qəsəbə sakinləri adından Sizə minnətdarlığımı bildirirəm.

Əziz Prezidentimiz, biz Sizinlə qürur duyuruq, Sizi dəstəkləyirik və Sizinləyik. Biz birlikdə güclüyük.

Dərin hörmətlə,

Vüsal Qədirov

Azərbaycan Respublikası, Qəbələ rayonu.