07 avqust 2020, 13:30

Fəyyaz Mustafayev və Əli Ələsgərlidən, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində bütün ölkədə olduğu kimi, İsmayıllı rayonunda da yeni infrastruktur yaradılmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa olunmuşdur. Sizin rəhbərliyinizlə İsmayıllı rayonunun inkişafı çərçivəsində görülən abadlıq və quruculuq işləri son illərdə də geniş miqyas almışdır. Göstərdiyiniz diqqətdən qədim yaşayış məntəqəsi olan Basqal qəsəbəsi də kənarda qalmamış, belə ki, imzaladığınız Sərəncam əsasında ötən il qəsəbədə 432 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir. "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında imzaladığınız Sərəncamın icrası isə bu gün də davam etdirilir. İsmayıllı rayonuna səfəriniz çərçivəsində Basqal qəsəbəsi ərazisində tikiləcək yeni "Dost Evi" Yaradıcılıq, Sərgi və Satış Mərkəzi və Muğanlı-İsmayıllı-Basqal avtomobil yolunun tikintisi ilə bağlı imzaladığınız Sərəncamlar Basqal qəsəbəsinə və sakinlərinə verdiyiniz böyük dəyərin növbəti təzahürüdür. Basqal qəsəbəsinə, qəsəbənin tarixi keçmişinə və sakinlərə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə qəsəbə sakinləri adından dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Mustafayev Fəyyaz Tələt oğlu

Ələsgərli Əli Zülfü oğlu

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Basqal qəsəbəsi.