07 avqust 2020, 11:30

Ceyhun Əhmədovdan, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident.

Qəbələyə rəsmi səfəriniz hər səfər olduğu kimi, bu dəfə də bütün qəbələliləri çox sevindirdi. Göstərdiyiniz diqqət və qayğı bütün vətəndaşların ürəyincə oldu. Qəbələ rayonunun Vəndam qəsəbəsində bir neçə yaşayış məntəqəsini birləşdirən yolun açılışı və bütün azərbaycanlıların fəxri olan şəhid generalımız Polad Həşimov haqqında Ali Baş Komandanımız olaraq səsləndirdiyiniz yüksək fikirlər bizləri qururlandırdı. Şəhid generalımızın adının əbədiləşdirilməsi üçün verdiyiniz tapşırığa görə Sizə öz adımdan və bütün vəndamlılar adından dərin təşəkkürümü bildirirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Ceyhun Əhmədov

Qəbələ Müalicə-Diaqnostika Mərkəzinin direktoru

Azərbaycan Respublikası, Qəbələ rayonu.