06 avqust 2020, 18:30

Gülşən Namazovadan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu məktubumla Sizə çətin vəziyyətdə daim xalqın yanında olduğunuza görə minnətdarlığımı bildirmək istəyirəm. Sizin apardığınız daxili və xarici siyasəti ürəkdən alqışlayır, bütün məsələlərdə Sizə inanırıq və əminik ki, düşmən üzərində qələbə çalacağıq. Mehriban xanım Əliyeva ilə birlikdə xalqın rifahı üçün gördüyünüz işlər təqdirəlayiqdir. Dünyanın pandemiya səbəbindən qorxu və təlaş içində olduğu bir zamanda Azərbaycanda yaşamağımıza görə sevinc hissləri keçiririk. Bu çətin günlərdə xalqımıza arxa duraraq millətimizə, Vətənimizə layiqli Prezident olduğunuzu bir daha sübut etdiniz. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin.

Müasir Azərbaycanın yaradıcısı, Azərbaycan millətinin qəlbində əbədi yaşayan və daim yaşayacaq ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizinlə fəxr edirəm.

Hörmətlə,

Namazova Gülşən Xanputa qızı

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.