06 avqust 2020, 18:00

Gəray Məmmədovdan, Şəki, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. 30 iyun 2020-ci ildə imzaladığınız Qaraməryəm-İsmayıllı-Şəki-Şirinbulaq yolunun tikintisi ilə bağlı sərəncam bizi çox sevindirdi. Biz bilirdik ki, bizim yol problemimiz müvəqqətidir. Bizim kənddən keçəcək bu yolun kəndimiz üçün çox böyük əhəmiyyəti vardır. Həmin yolla bizim həm Oğuz, həm də Mingəçevir istiqamətinə çıxmağımız təmin olunacaqdır. Ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Xalqımız hər zaman Sizin yanınızdadır.

Hörmətlə,

Gəray Məmmədov

Azərbaycan Respublikası, Şəki şəhəri.