Namiq Balakişiyevdən, Şabran, Azərbaycan
01 avqust 2020, 15:00
Hörmətli cənab Prezident.
Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi xarakter daşımır. Bunu təmin edən amil ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Sizin tərəfinizdən uğurla davam etdirilməsidir.
Cənab Prezident, mən idmançıyam, hərbi xidməti başa vurmuşam. Qürurla bəyan edirəm ki, Vətənin müdafiəsində iştirak edərək qəhrəmanlıq göstərəcəyəm. Mənə - Sizin sadiq əsgərinizə güvənə bilərsiniz. Sizin əsgəriniz olmaq mənim üçün böyük şərəfdir. Bütün əmrlərinizə hazıram.
Hörmətlə,
Balakişiyev Namiq Xanlar oğlu.
Azərbaycan Respublikası, Şabran rayonu, Gəndov kəndi.