Salman Veysəlovdan, Qəbələ, Azərbaycan
01 avqust 2020, 14:00
Hörmətli cənab Prezident.
Bu günlər Azərbaycanda birlik günləridir. Ölkəmizin elə bir bölgəsi yoxdur ki, oradakı insanların ürəyi döyüşdə olan əsgərlərimizlə birlikdə döyünməsin.
Cənab Prezident, işğaldan azad edilən Cocuq Mərcanlıda yaşayışın bərpa edilməsi doğma torpaqlara qayıdışın başlanğıcıdır. Əminik ki, Sizin qətiyyətli siyasi kursunuz, xalqın böyük inamı və ordumuzun gücü hesabına torpaqlarımız işğaldan azad ediləcək, üçrəngli dövlət bayrağımız Azərbaycanın əbədi müstəqilliyinin rəmzi olaraq Qarabağda qürurla dalğalanacaqdır.
Həmin günlərin şahidi olmağım üçün könüllü olaraq döyüş bölgəsinə göndərilməyimlə bağlı əmrinizi gözləyirəm.
Hörmətlə,
Veysəlov Salman.
Azərbaycan Respublikası, Qəbələ rayonu, Kiçik Pirəli kəndi.