Xatirə Məmmədovadan, Bakı, Azərbaycan
01 avqust 2020, 12:00
Hörmətli cənab Prezident.
Bu məktubumla hər zaman xalqın qeydinə qaldığınıza görə Sizə minnətdarlığımı bildirmək və əmin-amanlığımızın qarantı olan Milli Ordumuza dəstəyimi ifadə etmək istəyirəm.
Əvvəl-axır torpaqlarımızı qaytaracağımızı bilən düşmənlərimiz qəsdən təxribata əl atır. Lakin arzuları ürəklərində qalacaq.
Mən və övladları cəbhədə olan bütün analar Sizə, komandanı olduğunuz ordumuza güvənir, müasir döyüş texnikasına sahib əsgərlərimizin qələbə ruhuna inanırıq.
Sizə, ordumuza uğurlar arzu edirəm. Bu gün cəbhə bölgəsində düşmənin önünü kəsən zabit oğlumun anası olduğum və Hərbi Hospitalda əsgərlərimizə xidmət etdiyim üçün çox qürurluyam.
İnanıram ki, haqq işimiz, arzumuz olan torpaqlarımızın azadlığı yaxın günlərdə hamımıza Qələb sevinci yaşadacaq.
Hörmətlə,
Məmmədova Xatirə Məmməd qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.