Vasif Yolçuyevdən, Mingəçevir, Azərbaycan
31 iyul 2020, 13:00
Hörmətli cənab Prezident.
Sizə ünvanladığımız təşəkkür məktubları xalqın doğrulan ümidlərinin sədasıdır. Biz bu sözləri böyük fərəh hissi ilə yazırıq. Koronavirus pandemiyası bizi nə qədər məyus etsə də, düşmənə qarşı Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan mübarizə bizi bir o qədər nikbin olmağa ruhlandırır. Əgər xalq öz rəhbərindən ruh alırsa, onun dəstəyini hiss edirsə, nə xoş bizim halımıza. Sizin bu xalq üçün verdiyiniz hər bir sərəncam, ona göstərdiyiniz hər bir qayğı, sevgi tarixin dilli yaddaşı olub və olacaq. İnşallah, bu çətin günlərimizi də tezliklə tarixin yaddaşına köçürəcəyik. Necə ki, o tarixdə xalqımızın adı hər zaman mərdlik nümunəsi kimi göstərilib. Siz gecənizi gündüzünüzə qataraq, Azərbaycanı şanlı, qüdrətli, şərəfli ölkəyə çevirmisiniz. Biz güclüyük ona görə ki, bu xalqı qoruyan Siz varsınız. Biz Sizinlə birlikdə öz mədəniyyətimizlə, incəsənətimizlə, tolerantlığımızla dünyanı fəth edirik. Ulu Tanrıdan Sizə və xalqımıza möhkəm cansağlığı diləyirik.
Hörmətlə,
Vasif Yolçuyev
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.