31 iyul 2020, 12:00

Tural Əliyevdən, Şəmkir, Azərbaycan

Hörməli cənab Prezident.

Son günlər Ermənistan tərəfindən ölkəmizə qarşı yönəlmiş hər cürə təxribatların qarşı qətiyyətlə alınır. Müstəqil Azərbaycan respublikasının vətəndaşı kimi bu bizi çox sevindirir və qürurlandırır. Təbii ki, bizim qürurlanmağımızın səbəbi güclü dövlətimizin olmasıdır ki, bunun da mərkəzində Sizin qətiyyətiniz, iradəniz, Vətənə və xalqımıza olan sevginiz dayanır. Qeyd etmək istəyirəm ki, bu gün ölkəmizə qarşı yönəlmiş hər cürə təxribatların qarşısının alınmasında Sizin gərgin, yorulmaz fəaliyyətinizi çox yüksək qiymətləndiririk. Məhz bunun təzahürüdür ki, bu gün xalq və iqtidar birliyi sarsılmaz sevgi ilə möhkəmlənmişdir. Əlbəttə ki, bu sarsılmaz birliyin təməli ulu öndər Heydər Əliyevin bizlərə aşıladığı xalq, Vətən sevgisidir. Belə ki, Vətənini sevən, xalqını sevən hər bir kəs anlayır ki, Sizin məqsədiniz güclü Azərbaycan, xoşbəxt Azərbaycan xalqı görməkdir.

Cənab Prezident, biz Sizi əmin edirik ki, Azərbaycan xalqının Sizə olan sevgisi bitməz, tükənməzdir. Dünyada elə bir güc ola bilməz ki, bu sevgini zəiflətsin, sarsıtsın. Biz Sizə inanırıq və daim Sizinləyik.

Hörmətlə,

Tural Əliyev

Azərbaycan Respublikası, Şəmkir rayonu.