Vüsal Xəlilovdan, Gəncə, Azərbaycan
31 iyul 2020, 17:00
Hörmətli cənab Prezident.
Mən və həyat yoldaşım internat məktəbinin yetirməsiyik. Valideyn himayəsindən məhrum olsaq da, dövlət qayğısı heç zaman üzərimizdən azalmayıb. Bu qayğı ildən-ilə artmaqdadır.
Cənab Prezident, bu günlərdə “DOST İş Mərkəzi” MMC tərəfindən mən və həyat yoldaşım işlə təmin edildik. Sizin sayənizdə biz heç vaxt çətinlik görmədik, qayğıdan məhrum olmadıq. Buna görə də Sizə minnətdarlığımı bildirir, cansağlığı, uzun ömür arzulayırıq.
Siz bizim ailə üçün çox dəyərli, qiymətli insansınız. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Sizinlə birlikdə pandemiyaya qalib gələcəyimizə, bundan da xoşbəxt günlər yaşayacağımıza əminəm.
Hörmətlə,
Xəlilov Vüsal Şəmistan oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri.