Çiçək Əkbərovadan, Quba, Azərbaycan
01 avqust 2020, 11:00
Hörmətli cənab Prezident.
Təbiət bizim yurdumuzu misilsiz gözəllik diyarı yaradıb. Sizin diqqət və qayğınız sayəsində bu gözəllik hər il birə beş artır. Təsadüfi deyil ki, Qubanın inkişafı, gözəlliyi barədə məlumatlar bütün dünyanı gəzir. Bu gözəllik ona görə cəzbedicidir ki, müasir infrastruktur yaradılmış, rahat yollar çəkilmişdir.
Mənim 70 yaşım var. Uzun illər sovxozda çalışmışam. Hazırda maldarlıqla məşğulam. Kəndimizin gözəl təbiəti var. Lakin son vaxtlar kəndimizdə görülən işlər bu gözəlliyi görmək istəyənlərə daha rahat şərait yaradır.
Sizin qayğınız sayəsində kəndimizə yeni yol çəkildi. Bu hadisə kənd sakinlərinin sevincinə səbəb olmaqla yanaşı, gələcəyə inamını da artırıb.
Cənab Prezident, rayonumuzun, o cümlədən doğma kəndimizin sosial-iqtisadi inkişafına göstərdiyiniz qayğıya görə Sizə kənimizin sakinləri adından minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Əkbərova Çiçək
Azərbaycan Respublikası, Quba rayonu, Gürgün kəndi.