31 iyul 2020, 16:00

Siyasət Məmmədovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Ümummilli lider Heydər Əliyev deyirdi ki, əsgərin gücü onun vətənpərvərliyindədir. Doğrudan da, bu gün Azərbaycan Ordusunun hər bir əsgərinin ürəyində Vətən sevgisi alovlanır. Sizin sayənizdə qüdrətli ordumuz var. Qüdrətli ordu isə güclü əsgər, basılmaz Vətən deməkdir.

Cənab Prezident, Sizin apardığınız daxili və xarici siyasəti ürəkdən dəstəkləyir, Mehriban xanımla birlikdə gördüyünüz bütün işləri dəstəkləyirəm. Məni hər zaman müsəlləh əsgəriniz hesab edə bilərsiniz.

Hörmətlə,

Məmmədov Siyasət Zülfüqar oğlu

Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri

Azərbaycan Respublikası, Gəncə şəhəri, Gülüstan qəsəbəsi.