09 iyul 2020, 15:55

Könül Əsgərovadan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün COVID-19 pandemiyasının bütün dünyada kütləvi insan ölümünə səbəb olduğu zamanda, Sizin tərəfinizdən Azərbaycanın bu bəladan qorunması üçün zamanında operativ tədbirlər görülməsi, aztəminatlı ailələrə humanitar, maddi yardımlar ayrılmağı, sahibkarlara dəstək göstərilməsi göz önündədir. Bu dövrdə həkimlərimiz və polislərimiz əsl fədakarlıq göstərirlər. Xəstələrimizə Allahdan tez bir zamanda şəfa diləyirəm. İnşallah, ölkəmiz bu bəladan tezliklə qurtular.

Hörmətli cənab Prezident, Sizin atdığınız hər bir addımı dəstəkləyir və təşəkkürümü bildirirəm.

Qazax rayon Mərkəzi Kitabxanasının kollektivi adından dərin hörmətlə,

Könül Əsgərova

Azərbaycan Respublikası, Qazax rayonu.