09 iyul 2020, 15:00

Minnurə Xəlilovadan, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi Muxax kəndinin bütün sakinləri adından salamlayır və koronavirus pandemiyası ilə əlaqədar görülən işlərə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmək istəyirəm.

Siz hər zaman vətəndaşların qayğısına qalmısınız. Bu dəhşətli virusun dünyanı bürüdüyü bir dövrdə Siz hər birimizin Prezidenti olduğunuzu bir daha sübut etdiniz. Ölkəmizdə virusa qarşı mübarizə tədbirlərini izlədikcə Azərbaycanın daha uğurlu yollardan istifadə etdiyini görürük. Bu isə Sizin uzaqgörənliyiniz, qətiyyətiniz sayəsində baş verir.

Vətəndaşlara göstərilən diqqət və qayğıya görə bir daha Sizə və Mehriban xanıma minnətdarlığımı bildirir, güclü Azərbaycan naminə bundan sonrakı fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Allah Sizi var eləsin.

Hörmətlə,

Xəlilova Minnurə Eldar qızı

Azərbaycan Respublikası, Zaqatala rayonu, Muxax kəndi.