09 iyul 2020, 11:00

Ümid Alxanov və Nurlan Paşayevdən, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Azərbaycan Respublikasının vətəndaşları, eyni zamanda tələbələr olaraq Sizə minnətdarıq. Hazırda bir çox ölkələr COVID-19 infeksiyasından çox əziyyət çəkir. Sayənizdə Azərbaycanda bu virusun təsir dairəsi digər ölkələrlə müqayisədə o qədər də çox deyildir. Biz gənclər yaxşı başa düşürük ki, qaydalara əməl etməklə bu bəlanın qarşısını az itki ilə ala bilərik. Bu çətin dövrdə sosial məsələlərə diqqəti daha da artırmağınız, xüsusilə həssas ailə qrupuna aid olan tələbələrin təhsil haqqının dövlətimiz tərəfindən ödənilməsi sevindirici haldır. Belə addımlar gənclərdə Vətənə, dövlətə olan məhəbbəti daha yüksəldir.

Əziz Prezidentimiz, taleyüklü məsələlərdə hər zaman xalqımızın yanında olduğunuza və köməyinizi əsirgəmədiyinizə görə Sizə dərindən təşəkkür edirik. Allah hər zaman köməyiniz olsun.

Hörmətlə,

Alxanov Ümid Həbib oğlu

Paşayev Nurlan Namiq oğlu

Tələbələr

Azərbaycan Respublikası, Salyan rayonu, Qarabağlı kəndi.