06 iyul 2020, 14:00

Kamal Mənsimovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

İnsanların bu öldürücü virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanında olduğunuzu bir daha göstərdiniz. Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Siz bir illik əməkhaqqınızı həmin fonda köçürdünüz. Həmçinin, Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız. Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı biz vətəndaşları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir. Sizin bu cür obyektiv, ədalətli olmağınız biz sadə vətəndaşların Sizə olan məhəbbətini, inam və etibarını daha da artırır. Buna görə Sizə təşəkkür edir, “çox sağ olun” deyirik. Xalqımızın xoşbəxtliyi, Vətənimizin bütövlüyü və inkişafı naminə böyük Yaradan Sizə hər zaman yar olsun.

Hörmətlə,

Kamal Mənsimov

Azərbaycan Respublikası, Bakı şəhəri.