04 iyul 2020, 16:00

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin kollektivindən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycanda böyük idman hərəkatı ayrı-ayrı bölgələrdə olduğu kimi, Gəncə şəhərində də uğurla həyata keçirilir. Gəncə idmançıları hər il müxtəlif beynəlxalq yarışlarda iştirak edərək ildən-ilə öz nailiyyətlərini yüksəldirlər. Bu gün Azərbaycanda idman sahəsində reallaşdırılan dövlət siyasəti, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir Olimpiya İdman Komplekslərinin və digər idman qurğularının inşası indiyədək görünməmiş bir vüsət almışdır. Bu sahəyə göstərdiyiniz xüsusi diqqət və qayğının nəticəsində Azərbaycan idmanı öz inkişafının tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələsinə qalxıb. O cümlədən, Gəncə şəhərinin idmansevərləri də mütəmadi olaraq yeni idman obyektlərinin açılışına sevinirlər. Gəncədəki İdman Sarayı böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə regionun ən böyük idman obyektlərindən olacaq. İdman sarayı istifadəyə verildikdən sonra Gəncənin nüfuzlu turnirlərə ev sahibliyi edəcəyini nəzərə alsaq, qurğunun şəhərin həm idman, həm də turizm baxımından tanınmasında mühüm rol oynayacağı şübhəsizdir.

Sizə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin kollektivi və bütün Gəncə idmançıları adından dərin təşəkkürümüzü bildirik.

Hörmətlə,

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin kollektivi

Azərbaycan Respublikası, Gəncə şəhəri.-0-