16:55
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Q...
12 aprel 2021, 16:55Hörmətli Mehriban xanım.
19 dekabr 2009-cu il təvəllüdlü qızım Murquzova Fatimə Rauf qızı uşaqlıqdan xəstədir, anadangəlmə ürək qüsuru xəstəliyindən əziyyət çəkir. Ona "anadangəlmə ürək qüsuru, fallo tetradası " diaqnozu qoyulmuşdur.
Mənim Sizə ilk müraciətimdən sonra qızım Mərkəzi Neftçilər Xəstəxanasında cərrahiyyə əməliyyatı edilmişdir, 2013-cü ildə birinci mərhələ olaraq sağ tərəfli BT şhunt cərrahi əməliyyatı olunub və 27.05.2015-ci il tarixdə total korreksiya əməliyyatı üçün hospitalizə edilmişdir.
Qeyd olunmalıdır ki, əməliyyatlar mərhələli olaraq bir dəfə yerinə yetirilmişdir və həkimlərin göstərişinə görə növbəti əməliyyat yerinə yetirilməsi tövsiyə edilmişdi.
Mənim Sizə müraciətimdən sonra Sizin təşəbbüsünüzlə uşaq Mərkəzi Neftçilər Xəstəxanasında həkim Nəsimi Cabbarov tərəfindən əməliyyat edilmişdir və səhhəti hal-hazırda yaxşıdır.
Uşağın 11 yaşı var, çox şeyləri dərk edir və başa düşür. Əvvəllər yaşıdları kimi normal və sağlam yaşamaq, təhsil almaq arzusunda idi və çox şükür ki, Sizin sayənizdə hazırda vəziyyəti normaldır və məktəbə də gedə bilir.
Siz insanlara, yardıma ehtiyacı olanlara dayaq olursunuz. Bu da Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırır. Sizin xüsusilə uşaqlara qayğınız, sağlamlıq imkanları məhdud uşaqlara göstərdiyiniz diqqət ölçüyəgəlməzdir.
Bizim azyaşlı övladımıza göstərdiyiniz qayğı və şəfqətə görə Sizə öz adımdan və ailəmin adından minnətdarlığımı bildirirəm, Uca Tanrıdan Sizə cansağlığı arzu edirəm.
Hörmətlə,
Gültəkin Əsgərova
Azərbaycan Respublikası, Bakı şəhəri.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Q...
12 aprel 2021, 16:55Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ...
12 aprel 2021, 14:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” o...
12 aprel 2021, 12:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsus...
10 aprel 2021, 10:30Hörmətli cənab Baş nazir,
Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Birləşmiş Krallığın bütün xalqı...
09 aprel 2021, 20:05Ülyahəzrət,
Həyat yoldaşınız – Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Şərəfli və ləyaqətli bir ömür yolu keçmiş Şahzadə Filip öz doğma xalqına sədaqətlə xi...
09 aprel 2021, 20:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixl...
09 aprel 2021, 14:50Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azər...
09 aprel 2021, 14:40Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Res...
09 aprel 2021, 14:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb təhsilinin inkişafında xidmətlərinə gör...
09 aprel 2021, 14:03