Asiman Musayev və başqalarından, Gəncə, Azərbaycan
30 iyun 2020, 18:30
Hörmətli cənab Prezident.
Sizin doğma ölkəmizdə gənclər üçün yaratdığınız hər cür şəraitdən biz gənclər qürur hissi keçiririk. Biz 600-dən çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olmuşuq. 2016-cı və 2017-ci illərdə Gəncəyə səfərləriniz çərçivəsində iki tələbə yataqxanasının açılışında şəxsən iştirakınız, tövsiyə və tapşırıqlarınız biz tələbələrin yaddaşına həkk olunmuşdur. Bu il iyunun 24-də növbəti səfəriniz zamanı universitetimizin yeni tədris korpusunun açılışında Sizin və Birinci vitse-prezident Mehriban xanımın iştirakı bizi daha səylə oxumağa, gələcəkdə aqrar sektorda həvəslə çalışmağa ruhlandırır.
Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı diləyir, ürəkdən təşəkkürümüzü bildiririk.
Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri adından hörmətlə,
Asiman Musayev
Zaur Salahov
Nərmin Abdullayeva
Azərbaycan Respublikası, Gəncə şəhəri.