30 iyun 2020, 15:30

Nəsibə Məmmədovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Xalqımızın rifahı üçün gördüyünüz işlər hər birimizə məlumdur. Bu çətin günlərimizdəki qayğınız üçün isə, bir səhiyyə işçisi olaraq Sizə xüsusi minnətdarlığımı bildirmək istədim. Gəncəyə gəlişiniz bu çətinliklərlə mübarizə üçün bizə böyük güc verdi. Allah Sizi və ailənizi qorusun. Allah Sizin kölgənizi bizim üzərimizdən əskik etməsin. Biz Sizinlə fəxr edirik.

Hörmətlə,

Nəsibə Məmmədova

Azərbaycan Respublikası, Gəncə şəhəri.