Habil Quliyevdən, Bakı, Azərbaycan
30 iyun 2020, 15:15
Hörmətli cənab Prezident.
Siz bildirmişdiniz ki, hər bir azərbaycanlının Prezidentisiniz. Buna görə də icazə verin, Sizə "mənim Prezidentim" deyə müraciət edim. Mən Sizin apardığınız daxili və xarici siyasətin nə qədər müdrik olduğuna koronavirus pandemiyası ilə mübarizə zamanı bir daha əmin oldum. Dünyanın bəzi dövlət başçılarından fərqli olaraq Siz bu məsələdə daha uzaqgörən qərarlar qəbul etdiniz. İnanıram ki, biz Sizin və xalqımızın birgə səyi nəticəsində bu mübarizədə qalib gələcəyik.
Cənab Prezident, mən əminəm ki, Dağlıq Qarabağ məsələsi də Sizin uzaqgörən siyasətiniz sayəsində öz həllini tapacaqdır. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, 56 yaşım olmağına baxmayaraq mən də bir sıravi əsgər kimi Sizin döyüş əmrinizi gözləyirəm. Biz birlikdə güclüyük.
Hörmətlə,
Quliyev Habil Kamil oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.