Elnarə Xudaverdiyevadan, Sumqayıt, Azərbaycan
30 iyun 2020, 15:00
Möhtərəm cənab Prezident.
Son vaxtlar hamımızı narahat edən koronovirus adlı pandemiya ölkəmizdən də yan keçməmişdir. Bu pandemiyanın ölkəmizə, millətimizə vurduğu ciddi zərərlər danılmazıdır. Sizin tərəfinizdən ölkədə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün bir çox qərarlar verilmiş və əhalinin sağlamlığı, sosial rifahı üçün çoxlu addımlar atılmışdır. Təhsil müəssisələrində mart ayından etibarən tədris prosesi dayandırılsa da, virtual təhsil davam etdirilmiş, müəllim olaraq biz də öz məsuliyyətimizi və vəzifələrimizi bilərək, şagirdlərimizin tədrisdən geri qalmamaları üçün onlarla əlaqə yaradaraq, daim distant biliklər aşılamışıq. Artıq biz böyük inam və sevinclə yeni tədris ilini gözləyirik, postpandemiya dövründə fəaliyyət istiqamətlərimizi indidən müəyyənləşdirməyə başlamışıq. İnanırıq ki, bundan sonra da Sizin müəllimlərə, təhsilə göstərdiyiniz qayğı nəticəsində təhsildə inkişaf qabarıq şəkildə özünü büruzə verəcəkdir.
Hörmətlə,
Elnarə Xudaverdiyeva
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü, Abşeron rayonu Saray qəsəbəsi 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.