Elnur Hüseynlidən, Biləsuvar, Azərbaycan
30 iyun 2020, 13:05
Hörmətli cənab Prezident.
Bildiyiniz kimi, Biləsuvar kənd təsərrüfatı üzrə ixtisaslaşmış rayonlardandır. Rayon əhalisi bu sahədə məhsul istehsalı ilə məşğul olmaqla qazanc əldə edir, ailəsini dolandırır. Min bir əzab-əziyyət bahasına başa gələn əkin sahələri bəzi hallarda susuzluq səbəbindən məhv olur, zəhmətimiz hədər gedirdi. Belə bir zamanda yenə də Sizin köməyinizlə kəndlilər sözün əsl mənasında susuzluq təhlükəsindən xilas oldu. Sizin Biləsuvar rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı vəsait ayırmağınız rayon əhalisində böyük ruh yüksəkliyi yaratdı. Göstərdiyiniz bu diqqət və qayğı birinci dəfə deyil. Siz dəfələrlə sadə kənd zəhmətkeşlərinin yanında olmusunuz, onların qayğıları ilə maraqlanmısınız. Bu nəinki yaşlı nəsildə, eyni zamanda, biz gənclərdə də sabahımızın daha parlaq olacağına ümidlər yaradır.
Mən bir gənc olaraq öz növbəmdə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Tanrı Sizi qorusun.
Hörmətlə,
Hüseynli Elnur Yaşar oğlu
Azərbaycan Respublikası, Biləsuvar şəhəri.