İlham Əliyev Polşanın ölkəmizdəki səfirini qəbul etmişdir

09 iyul 2010, 16:47

Prezident İlham Əliyev Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlət başçısı Kşiştof Krayevskinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulamışdır. Prezident İlham Əliyev münasibətlərimizin inkişafında Polşanın keçmiş Prezidenti mərhum Lex Kaçinskinin xüsusi rolunu qeyd etmişdir. Dövlət başçısı bildirmişdir ki, ölkələrimiz arasında münasibətlərin dinamik və müsbət istiqamətdə inkişaf etməsi dövlət başçılarının ikitərəfli əlaqələrə göstərdikləri diqqətin təzahürüdür. Münasibətlərimizin inkişafında səfirlərin rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev Kşiştof Krayevskinin əlaqələrimizin genişlənməsi üçün çox işlər gördüyünü vurğulamış, onun ölkəmizdəki bir çox proseslərdə fəal iştirak etdiyini bildirmişdir. Səfirə gələcək fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmlənməsində xüsusi xidmətlərinə görə Kşiştof Krayevskinin “Dostluq” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzaladığını demiş və ordeni ona təqdim etmişdir. 

Səfir Kşiştof Krayevski Azərbaycanın “Dostluq” ordeninə layiq görülməsindən böyük şərəf hissi keçirdiyini vurğulamışdır. Bakıya gəldiyi ilk günü xatırlayan diplomat onun ölkəmizdəki fəaliyyətinə Azərbaycan Prezidentinin verdiyi yüksək qiymətdən təsirləndiyini demiş, bunun özü və ölkəsi üçün çox vacib və əhəmiyyətli olduğunu bildirmişdir. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirən diplomat səfirliyin işinə şəxsən Azərbaycan Prezidentinin böyük dəstək verdiyini qeyd etmiş və buna görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.

SƏNƏDLƏRSərəncamlar21 may 2019
17:45
“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və...

21 may 2019, 17:45
SƏNƏDLƏRFərmanlar21 may 2019
15:55
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublik...

21 may 2019, 15:55
SƏNƏDLƏRFərmanlar21 may 2019
15:50
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2005-ci il 20 aprel tarixli 226 nömrəli və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azə...

21 may 2019, 15:50