Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan

01 iyun 2020, 16:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan gözəl münasibətlərin daha da inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, dost Azərbaycana və onun xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Dərin hörmətlə,

Sabah əl-Əhməd əl-Cabir əs-Sabah

Küveyt Dövlətinin Əmiri