Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen Indan

29 may 2020, 15:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının Hökuməti və xalqı adından Sizin dost ölkənin hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.

Koreya ilə Azərbaycan arasında dərin tarixə malik dostluq və əməkdaşlıq əlaqələrinin hər iki xalqın arzusu və istəyinə uyğun olaraq daim inkişaf edəcəyinə əminliyimi bildirir, Sizə və xalqınıza Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Kim Çen In

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri

SƏNƏDLƏRSərəncamlar06 avqust 2020
15:06
Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması...

06 avqust 2020, 15:06