29 may 2020, 14:35

Vəfa İbrahimovdan, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən bir vətəndaş olaraq Sizin daim xalqa göstərdiyiniz qayğı və dəstəyə görə minnətdarlığımı bildirirəm. Bütün dünyanı sarsıdan qorxunc, gözə görünməz koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısı Sizin qabaqlayıcı tədbirləriniz sayəsində, xalqa olan maddi və mənəvi dəstəyinizlə alındı. Çıxışlarınız, tövsiyələriniz və göstərişləriniz bizdə ruh yüksəkliyi yaratdı. Buna görə ailəm və öz adımdan Sizə təşəkkürümü bildirirəm.

Biz Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən gələcəyimizə inanırıq.

Hörmətlə,

İbrahimov Vəfa Qayıb oğlu

Azərbaycan Respublikası Füzuli rayon, Böyük Bəhmənli kəndi.