29 may 2020, 14:30

Səmral Əhmədxanovdan, Quba, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bəşəriyyətin bəlasına çevrilən COVID-19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması üçün Sizin rəhbərliyinizlə respublikamızda görülən qabaqlayıcı tədbirləri, zəruri profilaktik işləri dəstəkləyirik. Biz gənclər Sizin sevginizi, qayğınızı hər zaman üzərimizdə hiss edirik. Mən bir gənc olaraq inanıram ki, ölkəmiz Sizin sayənizdə bu bəlaya qalib gələcək və yeni inkişaf yoluna qədəm qoyacaqdır.

Hər zaman olduğu kimi, bu çətin günlərdə də biz Sizinlə həmrəyik və istənilən çağırışınıza qoşulmağa hazırıq. Azərbaycanın gələcəyi üçün birgə addımlamaq hər birimizin borcudur. Allah hər bir işdə Sizə kömək olsun!

Hörmətlə,

Əhmədxanov Səmral İlqar oğlu

Azərbaycan Respublikası, Quba rayonu, Qımılqışlaq kəndi.