29 may 2020, 14:25

Elnur Hüseynzadədən, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Bu məktubu yazmaqda məqsədim odur ki, gündən-günə inkişaf edən müstəqil Azərbaycan Respublikasının dövlət başçısına - Sizə təşəkkürümü bildirim. Mən bunu özümə bir vətəndaşlıq borcu hesab edirəm. Həm ölkəmiz inkişaf edir, həm də insanları narahat edən məsələlər öz həllini tapır.

Həmçinin bildirmək istəyirəm ki, Sizin COVID-19 pandemiyası dövründə söylədiniz “Biz birlikdə güclüyük!” çağırışınız hər bir vətəndaş kimi, mənə də qürur hissi yaşatdı və ruhlandırdı. Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın köməyi sayəsində biz bu pandemiyadan qalib çıxacağıq. Vaxtında atılmış addımlar, gördüyünüz operativ işlər, qəbul etdiyiniz düzgün qərarlar xalqımızı bu epidemiyadan az itkilərlə çıxarmağa zəmin yaradır. Siz öz əməli fəaliyyətinizlə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu sübut edirsiniz. Bütün bunlar onu göstərir ki, dövlətimiz etibarlı əllərdədir.

Əziz Prezidentimiz, xalqa göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram. Uca Tanrının nəzəri üzərinizdən əskik olmasın.

Hörmətlə,

Hüseynzadə Elnur Eldar oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.