29 may 2020, 14:20

Qarat Qaratovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Yürütdüyünüz siyasət sayəsində pandemiya dövründə də vətəndaşlarımızın sağlamlığının və sosial rifahının qorunması yüksək səviyyədə təmin edilir.

Cənab Prezident, ölkəmizdə koronavirusa ilk yoluxma faktları qeydə alınan andan, mart ayının 3-dən Sizin göstərişinizlə bütün təhsil sektorunun fəaliyyəti dayandırıldı. Pandemiya dövründə şagirdlərin təhsildən geri qalmaması üçün distant təhsilə başlanıldı və “Mədəniyyət” kanalında teledərslərin keçirilməsi ilə yaranan boşluq aradan qaldırıldı. Hazırda təxminən 1 milyon 600 min şagird teledərslərdən yararlanır. Aprelin 2-dən fəaliyyətdə olan “Virtual məktəb” layihəsi ilə müəllim və şagirdlər arasında interaktiv ünsiyyətin qurulması üçün növbəti imkan yaradıldı. Bundan başqa, şagirdlər onlayn platformalar üzərindən distant formada yarışlarda, müsabiqələrdə, intellektual oyunlarda da fəal iştirak edə bilirlər.

Koronavirusla mübarizədə atdığınız addımlar yalnız ölkə əhalisi tərəfindən deyil, beynəxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Hər zaman olduğu kimi, bu çətin günlərdə də ölkə vətəndaşlarının yanında olduğunuz üçün Sizə təşəkkür edirik. İnanırıq ki, Sizin atdığınız addımlar və gördüyünüz qabaqlayıcı tədbirlər sayəsində bu bəlaya qalib gələcəyik.

Hörmətlə,

Qaratov Qarat

257 saylı tam orta məktəbin direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.