29 may 2020, 14:10

Hakim Qurbanovdan, Masallı, Azərbaycan

Çox hörmətli Prezident.

Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Bütün Yer kürəsini bürümüş yeni növ koronovirus (COVID-19) infeksiyası ağır fəsadlar verməkdədir. Günü-gündən yoluxmanın və ölənlərin artması pandemiyanın miqyasını xarakterizə edir. Həm iqtisadi, həm də siyasi cəhətdən dünya nəhənglərinin qarşısında aciz qaldığı koronavirusla mübarizə doğma Azərbaycanımızda az itkilərlə, həm də mütəşəkkil qaydada həyata keçirilir. Sizin məsələyə vaxtında müdaxiləniz, yerində verilmiş qərarlar, görülən tədbirlər xalqı bu bəlaya qarşı səfərbər etməklə itkilərin miqyasını xeyli azaltdı. Məhz Rəhbərin, hakimiyyətin xalqla vəhdəti pandemiyaya mübarizə şəraitində özünü bir daha sübut etdi. Necə ki, vaxtilə ümummilli lider Heydər Əliyev xalqın səsinə səs verdi, dövlətçiliyi xilas etdi.

Təşəkkür edirik cənab Prezident. Çox sağ olun ki, hər zaman bizimləsiniz, hər zaman yanımızdasınız.

Hörmətlə,

Qurbanov Hakim Mirzə oğlu

Azərbaycan Respublikası, Masallı rayonu.