29 may 2020, 13:35

Əfqan Zeynalovdan, Kəlbəcər, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş komandan.

Dünyanı cənginə alan pandemiya ilə mübarizədə həmişə olduğu kimi atdığınız düzgün addımlar, səmərəli tədbirlər nəticəsində vətəndaşlarımızın bu təhlükəli virusa yoluxma riskini minimuma endirə bilmisiniz.

Müxtəlif xəstəlikləri və əlillik dərəcələri olan Qarabağ qaziləri üçün koronavirus böyük təhlükəlidir. Belə bir çətin dövrdə vətəndaşlarımızın bu pandemiyadan xilas olunması uğrunda mübarizəniz Sizin vətənpərvərliyinizi, cəsur sərkərdəliyinizi bir daha sübut etdi.

Mən bütün xalqım adından, Qarabağ qaziləri adından Sizə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, həmçinin Sizi və ailə üzvlərinizi müqəddəs Ramazan bayramı və Respublika Günü münasibətilə təbrik edirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Zeynalov Əfqan Behbud oğlu,

məcburi köçkün, II qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.