29 may 2020, 13:20

Elmar Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dünyanı cənginə almış koronavirusla mübarizədə Sizin uzaqgörən, müdrik siyasətiniz bir çox dövlətlər üçün nümunə oldu. Sizin tapşırığınızla görülmüş qabaqlayıcı tədbirlər sayəsində COVID-19 xəstəliyinin ölkəmizdə kütləvi yayılmasının qarşısı alındı.

Bu çətin dönəmdə Yeni Azərbaycan Partiyasının könüllüləri də Sizin tapşırıq və tövsiyənizi şərəflə yerinə yetirərək, aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan insanlara yardımlar göstərdi.

Cənab Prezident, biz gənclər Sizin apardığınız uğurlu siyasəti dəstəkləyir, gördüyünüz işləri izləyir və sevə-sevə təqdir edirik. İnanırıq ki, Azərbaycan xalqı bu çətin dövrdən də üzüağ çıxacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun!

Sizinlə fəxr edirik!

Hörmətlə,

Məmmədov Elmar Eldar oğlu,

YAP Gənclər Birliyi ofisinin rəhbəri

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.