28 may 2020, 14:00

Mehrac Məmmədovdan, Varşava, Polşa

Hörmətli cənab Prezident.

Mən xaricdə təhsil alan Azərbaycan vətəndaşlarından biriyəm. Dünyanı bürüyən koronavirus infeksiyasının qarşısının alınmasında həyata keçirdiyiniz tədbirlər çərçivəsində xaricdə təhsil alan gənclərə göstərdiyiniz maddi və mənəvi dəstək mənə böyük fərəh hissi bəxş etmişdir. Ölkəmizin hüdudlarından kənarda yaşayan bir insana Vətəndən uzanan kömək əli onun üçün pənah körpüsüdür.

Bu böyük diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirir, Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı və müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi naminə fəaliyyətinizdə daha böyük uğurlara imza atmağınızı arzu edirəm.

Dərin hörmətlə,

Mehrac Məmmədov

WSB Universitetinin tələbəsi

Polşa Respublikası, Varşava şəhəri.