28 may 2020, 12:20

Eliza İsayevadan, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bütün dünyanın koronovirus epidemiyası ilə çalxalandığı bir dövrdə bizim ölkəmiz də bundan kənarda qalmadı. Vəziyyətin belə ağır vaxtında Sizin müdrik qabaqlayıcı tədbirləriniz xalqımızı bu ağır böhrandan az itki ilə qurtarmaqdadır. Xalq pandemiya dövründə özünün tək olmadığını hiss etdi. Siz bir dövlət rəhbəri olmaqla yanaşı, hər bir vətəndaşımıza ata və oğul qayğısı göstərdiniz. Sizin hər bir müraciətiniz Azərbaycan xalqını bu virusla mübarizədə daha diqqətli olmağa çağırdı. Bu çağırışda xalq Sizin səmimiyyətinizi, həyəcanınızı hiss etdi. Sizin hər bir çıxışınız, Sərəncamınız xalqımızı ətrafınızda daha da sıx birləşdirdi. Bu, xalqın Sizə inamı, etibarı idi. Bunu da Siz öz əməllərinizlə, xalqa olan sevginizlə qazanmısınız. Mən sadə bir vətəndaş kimi, bütün müəllim ordusu adından Sizə dərin təşəkkürümü bildirirəm. Bir dövlət rəhbəri kimi, Sizin zəhmətinizi öz işimizlə həmişə doğrulduruq. Biz Sizinləyik. Sizin arxanızda Sizi sevən Azərbaycan xalqı dayanıb və dayanacaq da. Biz birlikdə güclüyük.

Cənab Prezident, bu gücü bizə verən də Sizin xalqla olan sıx, səmimi münasibətinizdir. Sizə işlərinizdə daha böyük uğurlar arzulayıram.

Hörmətlə,

Eliza İsayeva

Əməkdar müəllim

Azərbaycan Respublikası, Ağdam rayonu.