28 may 2020, 12:10

Zaman Əsgərov və Anar Savadovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu ağır pandemiya günlərində xalqımızın yanında olduğunuz, qayğımıza qaldığınız, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün hər cür tədbirlər gördüyünüz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.

Sizin bu gün respublikamızın inkişafı, dünya səviyyəsində yaxşı mənada tanınması, sayılıb seçilməsi zəminində apardığınız, quruculuq və abadlıq işləri, aztəminatlı ailələrə göstərdiyiniz qayğı və diqqət, müharibə veteranları və şəhid ailələrinə, ümumən xalqımıza göstərdiyiniz yüksək diqqət və qayğı üçün təşəkkür edirik. Belə bir dövrdə Sizin yorulmadan və dönmədən ölkənin inkişafına əngəl olan neqativ hallara, korrupsiya və rüşvətxorluğa qarşı apardığınız amansız mübarizə bütün xalqımız kimi bizim ailələrimizi də sevindirir, qürurlandırır.

Hər birimiz Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir, dəstəkləyir və Sizinlə qürur duyuruq. Biz ulu öndərimiz Heydər Əliyevin siyasi xəttini həmişə bəyənib dəstəkləmişik. Sizin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirməyiniz bizi fərəhləndirir. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz. Allah Sizə cansağlığı, ailə səadəti və işlərinizdə yeni, böyük müvəffəqiyyətlər nəsib etsin. Amin.

Hörmətlə,

Əsgərov Zaman Şəmil oğlu

Savadov Anar Aydın oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri, Nizami rayonu.