28 may 2020, 11:50

Gülnar Qaraxanovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dünya miqyasında böyük itkilərə səbəb olmuş və qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Sizin əvvəlcədən gördüyünüz qabaqlayıcı tədbirlər, bu barədə verdiyiniz göstərişlər icrasına vaxtında başlanılan qərarlar bu virusun ölkəmizdə geniş yayılmasının qarşısını aldı. Xalqımızın taleyini fikirləşmək, onun qayğısına qalmaq, bizi gözlənilən hər hansı bir təhlükədən xilas etmək həmişə diqqət mərkəzinizdə olmuşdur. Çünki Siz həmişə xalqı düşünən bir dövlət başçısı kimi bunu fəaliyyətinizlə nümayiş etdirmisiniz. Sizin Azərbaycan təhsilinə, səhiyyəsinə və digər sahələrə olan diqqət və qayğınız danılmazdır. Mən bir təhsil işçisi olaraq bu sahənin inkişafı üçün gördüyünüz işləri yüksək qiymətləndirir və Sizə dərin minnətdarlığımı bildirirəm. Xalqla birgə olduğunuz üçün Sizinlə fəxr edirik. Biz birlikdə güclüyük.

Hörmətlə,

Qaraxanova Gülnar Cəfər qızı

Azərbaycan Respublikası, Gəncə şəhəri.