28 may 2020, 11:30

Bilal Zeynalov və Həyat Zeynalovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dünyada kütləvi hal alan COVID-19 pandemiyası başlayanda mən həyat yoldaşımla Rusiya Federasiyasının Yessentuki şəhərində müalicə alırdıq. Sizin xaricdə qalmış azərbaycanlıları diqqət mərkəzində saxlayaraq, hər cür yardımların göstərilməsinə dair göstəriş verməyinizi yüksək qiymətləndirir, buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu ahıl yaşımızda tam təhlükəsiz və sağlam şəkildə evə dönməyimiz dövlətimiz tərəfindən təmin edildi.

Hörmətli cənab Prezident, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi “Biz birlikdə güclüyük!” çağırışınızla xalqa dəstək olduğunuza, xalqımızın sağlamlığı üçün yorulmadan çalışdığınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmizin adından dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Bilal Piri oğlu Zeynalov

Həyat Oktay qızı Zeynalova

Azərbaycan Respublikası, Bakı şəhəri.