28 may 2020, 11:20

Amid Fərzəliyevdən, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu gün bütün dünyada, o cümlədən, ölkəmizdə ciddi siyasi və iqtisadi proseslər gedir. Dünyanı lərzəyə salan pandemiya, sözün əsl mənasında bütün dövlətlər üçün imtahan kimi qiymətləndirilir. Belə bir həssas dövrdə Sizin qətiyyətli və sistemli addımlarınız xalqımızı və dövlətimizi bu bəladan qorudu, iqtisadi dayanıqlılığımızı daha da gücləndirdi. Bu dövrdə ən mühüm addımlarınızdan biri də əhalinin sosial müdafiəsinin sistemli şəkildə təşkil edilməsi oldu. Bütün dövlət və özəl müəssisələrə yardımlar olundu, insanların iş yerlərini itirməmələri üçün proqramlar qəbul olundu, eyni zamanda, bütün növ kreditlərin ödəniş şərtləri yumşaldıldı, müxtəlif güzəştlər tətbiq edildi. Sevindirici haldır ki, bir çox müəssisələr, özəl şirkətlər Sizin çağırışınıza qoşularaq kredit ödənişlərini dondurdular, faizləri ləğv etdilər, işçiləri işsiz qoymadılar. Biz Sizdən güc alırıq, bizim güclü Liderimiz.

Hörmətlə,

Amid Fərzəliyev

Azərbaycan Respublikası, Astara rayonu.