28 may 2020, 11:10

Gülnaz Kərimovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bütün dünyanı lərzəyə gətirən koronavirus xəstəliyinin respublikamızda doğurduğu həyəcan Sizin uzaqgörən siyasətiniz sayəsində daha tez aradan

qalxdı. Başqa ölkələrlə müqayisədə Azərbaycan daha az itkiyə məruz qalıb. Sizin insanları qorumaq məqsədilə verdiyiniz qərarlar öz bəhrəsini verdi. Yaşlı insanları qorumaq Ulu Öndərdən Sizə qalan ən qiymətli sevgidir. Tanrım Sizi Azərbaycan xalqına çox görməsin.

Xətai rayonu M.Hacıyev adına 116 nömrəli məktəbin kollektivi adından Sizə və Mehriban xanıma dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Gülnaz Kərimova

Azərbaycan Respublikası, Bakı şəhəri.