Braziliya Senatının Birinci vitse-prezidenti, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Senatdakı sədri Antonio Anastasiadan

27 may 2020, 19:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Qarşılıqlı dostluq və hörmət münasibətlərini inkişaf etdirdiyimiz Azərbaycanı milli bayramı münasibətilə təbrik etmək mənə qürur hissi verir.

1993-cü ildə diplomatik əlaqələrimiz qurulandan bəri biz strateji, coğrafi və geosiyasi baxımdan əlverişli məkanda yerləşən, mühüm üstünlüklərə malik, dünyəvi, müasir və stabil demokratiyaya nümunə olan, əhalisinin müxtəlifliyi ilə qürur duyduğu Azərbaycanla əlaqələri dərinləşdirmək imkanımız oldu. Bundan əlavə, bu, böyük iqtisadi və ticari potensialı nümayiş etdirir. Belə ki, Cənubi Qafqazın ümumi daxili məhsulunun yarıdan çoxu Azərbaycanın payına düşür.

2014-cü ildə diplomatiyanın başqa bir səmərəli formasını tətbiq etmək məqsədilə qanunvericilərin beynəlxalq səviyyədə parlament təşkilatlarında iştirak etmələrinin nəticəsi olaraq Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılıb.

Öz fəaliyyəti ilə siyasi və parlamentlərarası dialoq, rəsmi və işgüzar səfərlər vasitəsilə ölkələrimizə müsbət dinamika verən bu qrupa böyük qürur və məmnuniyyət hissi ilə Senatda rəhbərlik edirəm. Parlamentlərimiz tərəfindən mümkün investisiya sahələri müəyyənləşdirilib və inkişaf fəaliyyətlərinin gündəliyi hazırlanıb.

Azərbaycanın neft və qaz hasilatı diqqət mərkəzindədir. Azərbaycan tərəfindən qəbul edilən səmərəli model dövlət şirkətinin bütün müqavilələrdə iştirakını nəzərdə tutur ki, bu da yerli Suveren Fonda ölkə daxilində və Braziliya da daxil olmaqla xaricdə öz investisiyalarını şaxələndirməyə imkan verir.

Mədəniyyət sahəsinə gəlincə, parlamentlərarası əlaqələr bu sahədə də zənginlik tapır. Musiqidə, "Şərqin konservatoriyası" adı ilə tanınan Azərbaycanın məşhur bəstəkar Üzeyir Hacıbəyli tərəfindən bəstələnmiş, müsəlman dünyasında ilk opera olan Leyli və Məcnun operasından başlayaraq nümayiş etdirməyə çox şeyi var. Ədəbiyyatda, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Firudin bəy Köçərli və Əhməd Cavad kimi görkəmli şəxsləri var. İncəsənət, memarlıq, teatr və kinematoqrafiyada da oxşar nailiyyətləri var.

Azərbaycan əhalisinin savadlılıq dərəcəsinin 100 faiz olduğunu nəzərə alsaq təhsil sahəsində, eləcə də futbolda böyük qarşılıqlı marağı və hər iki ölkənin nəhəng turist potensialını önə çəkməklə bu sahələrdə təcrübə mübadiləsi faydalı olar.

Bu il ölkənizdə səfərdə olarkən zəngin və gözəl Bakıya səfər etməkdən əlavə, mən demokratiyasının gücü, əhalisinin müasirliyi ilə ölkələrimiz arasında iqtisadi, sosial və mədəni əlaqələrin böyük imkanlarının şahidi oldum.

Cənab Prezident, Braziliyanın dostluğu və müxtəlif sahələrdə əməkdaşlığı gücləndirmək niyyətində olduğu Azərbaycan kimi gözəl ölkənin milli bayramı münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Antonio Anastasia

Braziliya Senatının Birinci vitse-prezidenti,

Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Senatdakı sədri

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10