Baloğlan Allahyarovdan, Mingəçevir, Azərbaycan
23 may 2020, 11:15
Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım.
Mən 28 il bundan əvvəl Xocalıda baş vermiş dəhşətli soyqırımı gecəsi bütün ailə üzvlərimi itirib yurdumdan didərgin düşmüşəm. Hazırda Mingəçevirdə məskunlaşmışam. Bu illər ərzində Sizin diqqətinizi, qayğınızı öz üzərimdə hiss etmişəm. Siz mənə və ailə üzvlərimizə qayğı göstərib bizə yeni həyat vermisiniz, bizi ev-eşik sahibi etmisiniz, Xocalı ağsaqqalı kimi mənə böyük hörmətə layiq görmüsünüz. Hazırda iki oğlum var. Şəhid olmuş oğlumun adını daşıyan Etibar hərbi xidmətdədir. 15 yaşlı Fərhadı isə gələcəyin əsgəri kimi böyüməkdədir. Mən də, oğlanlarım da, həyat yoldaşım da Sizə minnətdarlıq hissi ilə yaşayırıq. Sizin Vətən, xalq, el yolunda sərf etdiyiniz gecəli-gündüzlü zəhmətinizi yüksək qiymətləndirir, bugünkü beynəlxalq bəlanın – koronavirusun ölkəmizdə geni vüsət almaması üçün həyata keçirdiyiniz tədbirlərə görə Sizə və Mehriban xanıma təşəkkürümüzü bildirir, cansağlığı və uzun ömür arzulayıram.
Xüsusilə qeyd etmək istəyirəm ki, oğlum Etibarın xidmət etdiyi hərbi hissəyə görüşə gedəndə ürəyim açılır. Bir valideyn kimi məni hörmətlə qəbul edirlər. Hərbi hissədə gördüyümüz nizam-intizam, əsgərlərə göstərilən qayğının hamısı Sizin ciddi tapşırıqlarınızın nəticəsidir. Allah ömrünüzü uzun etsin.
Hörmətlə,
Allahyarov Baloğlan Fərhad oğlu, şəhid atası, Xocalı rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.