TÜRKSOY-un Baş Katibi Düsen Kaseinovdan

22 may 2020, 19:28

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Zati-alinizin TÜRKSOY-a göstərdiyi qayğını və dəstəyi, ortaq türk mədəniyyətinin inkişafında və təbliğ olunmasında rolunu yüksək qiymətləndirir.

Əmin ola bilərsiniz ki, TÜRKSOY təşkilatı ilə Azərbaycan Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə davam etdiriləcək və TÜRKSOY çərçivəsində həyata keçiriləcək beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyəti, incəsənəti layiqincə təmsil olunacaqdır.

Fürsətdən istifadə edərək, həmçinin müqəddəs Ramazan bayramınızı təbrik edir, Zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, tərəqqi arzulayıram.

Dərin hörmət və ehtiramla,

Düsen Kaseinov

TÜRKSOY-un Baş Katibi

SƏNƏDLƏRSərəncamlar06 avqust 2020
15:06
Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması...

06 avqust 2020, 15:06
SƏNƏDLƏRSərəncamlar05 avqust 2020
11:30
Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi m...

05 avqust 2020, 11:30
SƏNƏDLƏRSərəncamlar04 avqust 2020
16:00
“Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prez...

04 avqust 2020, 16:00