22 may 2020, 18:00

Fərid Dünyamaliyevdən, Gəncə, Azərbaycan

Hörmətli Mehriban xanım.

Cənab Prezidentin tapşırığı ilə görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycanda koronavirus pandemiyası tam nəzarət altındadır. Halbuki, dünyanın ən inkişaf etmiş ölkələrində virusa yoluxma və bu xəstəlikdən ölüm halları dəfələrlə çoxdur. Bu çətin dövrdə Sizin xalqın yanında olmağınız ən güclü dövlətlərin belə qarşısında aciz qaldığı pandemiya dövründə Azərbaycanın doğru əllərdə olduğu bir daha sübut etdi. Uzaqgörən siyasət nəticəsində ölkəmizdə pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində uğurla irəliləyirik.

Hörmətli Mehriban xanım, bu çətin dövrdə cənab Prezidentimizin və Sizin xalqın yanında olmağınıza, ona diqqət və qayğınızı əsirgəmədiyinizə görə region gəncləri adından Sizlərə təşəkkür edirik. Biz gənclər inanırıq ki, həyata keçirilən tədbirlər sayəsində xalqımız tezliklə bu bəladan ən az itki ilə qurtulacaqdır.

Hörmətlə,

Dünyamaliyev Fərid Qalib oğlu, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktor müavini.

Azərbaycan Respublikası, Gəncə şəhəri.