22 may 2020, 18:05

Əlimirzə Bəşirovdan, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz böyük bir ailəyik. Uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışırıq. Sizin kənd təsərrüfatına olan diqqətiniz və kənd adamlarına qayğınız bizi daha da yaxşı işləməyə ruhlandırır. Qazandığımız uğurlara görə Sizə minnətdarıq. Heç bir texnika və dərman preparatı sarıdan çətinliyimiz yoxdur.

Cənab Prezident, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Sizi və ailənizi təbrik edirəm. Sizə cansağlığı arzulayıram.

Hörmətlə,

Bəşirov Əlimirzə Balamməd oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Sarvan kəndi.