22 may 2020, 17:25

Eldar Sultanov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Pandemiya dövründə xalqımızı qorumaq üçün vaxtında gördüyünüz tədbirlərə, bizə yardım edilməsinə tapşırıq verdiyinizə görə Sizə səmimi qəlbdən dərin minnətdarlığımızı bildiririk.

Sizi sevirik və hər zaman dəstəkləyirik. Evdə qalan, işə gedə bilməyən insanların bu çətin günlərdə maddi yardım və sovqatlarla təmin olunması böyük bir qayğının göstəricisidir. Biz də bu qayğını görən insanlardanıq. Bu işlərdə Heydər Əliyev Fondu da öz köməyini əsirgəmir.

Biz fəxr edirik ki, Azərbaycan xalqının Sizin kimi güclü, qüdrətli Prezidenti var. Allah Sizi və ailənizi qorusun. Hər zaman Sizinləyik.

Hörmətlə,

Sultanov Eldar Ələsgər oğlu

Məmmədova Günel Şirzad qızı

Quliyeva Dilarə Bəhram qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.