22 may 2020, 17:20

Abdurrahim Qarayevdən, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən azərbaycanlı şagird olaraq Vətənimlə, Sizinlə fəxr edirəm. Sizin bütün vətəndaşların, o cümlədən məktəblilərin qayğısına qalmağınız bizlərə olan sevginin göstəricisidir.

Koronavirus pandemiyası ilə bağlı yürütdüyünüz siyasət nəticəsində Azərbaycan digər ölkələrə nisbətən daha az itkilər verir.

Sizə bütün işlərinizə görə minnətdarlığımı bildirirəm. Allah dövlətimizi, Sizi, xalqımızı qorusun.

Hörmətlə,

Qarayev Abdurrahim Ruhin oğlu.

Azərbaycan Respublikası, Yevlax şəhəri.