22 may 2020, 16:20

Vüqar Əsgərovdan, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

2020-ci ilin faciəsi olan və bu günədək yüzlərlə dövlətlərin iqtisadiyyatını sarsıdan, milyonlarla insanların təşviş və qorxu içində yaşamasına səbəb olan COVID-19 virusu Azərbaycan dövlətindən də yan keçməyib. Bu çətin dövrdə Azərbaycan xalqı şəxsən Sizin və iqtisadiyyatı güclü olan dövlətimizin dəstəyini gördü. Ehtiyacı olan hər bir ailə Sizin uğurlu siyasətiniz sayəsində maddi ödənişlər və ərzaq yardımları alır. Buna görə Sizə təşəkkür edirəm.

Hörmətlə,

Əsgərov Vüqar.

Azərbaycan Respublikası, Göygöl rayonu.